"Hacı Qalib həbs olunmalıdır" - Milli Məclisin deputatı

Oxunma sayı: 140421 Sentyabr, 2017 11:15

Milli Məclisin üzvü Çingiz Qənizadə keçmiş həmkarı, son günlər mətbuatda ona qarşı ağır ittihamlar səsləndirən Hacı Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verməyə hazırlaşır.
 
ANV.AZ qafqazinfo.az-a istinadən bildirir ki,  deputat artıq vəkilləri ilə müqavilə bağlayıb, Qalib Salahzadəni məhkəməyə verərək həbsini tələb edəcək.
 
Qənizadənin sözlərinə görə, Hacı Qalib mətbuata müsahibəsində şərəf və ləyaqətini təhqir edib, ona qarşı böhtan atıb:
 
“Hacı Qalib mənim nə vaxtsa ondan 30 min dollar rüşvət aldığımı deyib, eyni zamanda keçmişimlə bağlı şərəf və ləyaqətimə təhqir olan sözlər səsləndirib. Bu ittihamlara cavab verməlidir”.

ANV.AZ