Bakıda xəstəxanada meyit ortalıqda qaldı: Xəstələr qorxu içində

Oxunma sayı: 132426 Sentyabr, 2017 12:00

Bakıda 3 saylı şəhər klinik xəstəxanasında xoşagəlməz hadisə baş verib.

ANV.AZ aznews.az-a istinadən xəbər verir ki, xəstəxanada müalicə olunan xəstələrdən biri dünyasını dəyişib. Ölən insanın meyiti palatadan çıxarılsa da xeyli müddət xəstəxananın dəhlizində qalıb.

Bu isə xətəxanada müalicə alan və xəstə ziyarətinə gələn insanları narahat edib.

Faktla bağlı hadisənin baş verdiyi Bakı şəhər 3 saylı şəhər klinik xəstəxanasından isə bildirdilər ki, məsələ ilə bağlı heç bir açıqlama verə bilməzlər. “Səhiyyə Nazirliyinin icazəsi olmadan videogörüntü barəsində hər hansı bir məlumatın verilməsi mümkünsüzdür”.

ANV.AZ