Zakir Həsənovun Belarusa rəsmi səfəri başladı

Oxunma sayı: 1018 Oktyabr, 2017 20:00

Oktyabrın 8-də Azərbaycannın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarusа rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində general-polkovnik Z.Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.