Ata qızını süd içmədiyinə görə evdən qovdu, uşaq 1 həftədir tapılmır

Oxunma sayı: 10510 Oktyabr, 2017 15:40

Südünü içib bitirmədiyinə görə atasının evdən qovduğu 3 yaşlı qız 1 həftədir ki axtarışdadır.

Hadisə Amerikanın Texas ştatının Riçardson şəhərində baş verib.

37 yaşlı Uesli Metyuz 3 yaşlı qızı Şerin Metyuzu sütünü içib bitirmədiyinə görə cəzalandırmaq məqsədi ilə çölə qoyub.

15 dəqiqə sonra qızını qoyduğu yerə gələn ata onu tapa bilməyib. O, təxminən 5 saat sonra narahat olaraq polislərə xəbər verib.

Polislər hələ uşağı tapa bilməyiblər. Uşağını təhlükəyə atdığına görə Uesli Metyuz saxlanılıb

///Milli.az