"Kərə yağı dünya birjalarında bahalaşır" - Aydın Əliyev

Oxunma sayı: 50511 Oktyabr, 2017 11:40

"Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəsi ölkəyə idxal olunan və ölkədən ixrac olunan yüklərin rəsmiləşdirilməsindən ibarətdir".

ANV.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev kərə yağının bahalaşmasına münasibət bildirərkən deyib: "Bugünkü reallıq ondan ibarətdir ki, kərə yağı dünya birjalarında bahalaşır. Bu da ölkəyə gətirilən məhsulun qiymətinə təsirsiz ötüşmür. Əsas idxalçı ölkələrdən biri də Yeni Zelandiyadır. Gömrük orqanlarının vəzifəsi ölkəyə gətirilən yükün rəsmiləşdirilməsindən ibarətdir".