Yoxa çıxan oğlan evli qadınla sevgiliymiş: mesajları ortaya çıxdı

Oxunma sayı: 21011 Oktyabr, 2017 13:40

ATV ekranlarında "Tatlı Sert" verilişini aparan Müge Anlı canlı yayımda qalmaqallı bir hadisənin üstünü açıb.

17 gündür itkin düşən iki əmi uşağını axtaran Müge Anlı gənclərdən birinin evli bir qadınla sevgili olduğunu müəyyənləşdirib.

Gürkanın 20 yaşlı evli bir gənc qadınla münasibət yaşadığı məlum olub. Canlı yayıma qoşulan və adını açıqlamayan gəlin Gürkanın itməmişdən bir gün öncə ondan ayrıldığını söyləyib.

Mesajlaşmaları ortaya çıxdı

Gürkan ilə sözügedən qadın bir şiriniyyat evinə gediblər. Orada əmisinin onu gördüyünü deyən qadın o gündən sonra Gürkanın ondan ayrıldığını qeyd edib. Qadın israrla gecə mesaj göndrəmədiyini deyib. Buna baxmayaraq Gürkanın telefonunda qadından gecə gələn mesajlar tapılıb. Müge Anlı "Telefonunu başqasınamı verdin?" soruşunca qadın "Xeyr" cavabı verib.

///Milli.Az