Yeni təyin olunan nazir kimdir?

Oxunma sayı: 36812 Oktyabr, 2017 17:40

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Pərviz Oqtay oğlu Şahbazov Azərbaycanın yeni energetika naziri təyin edilib.
 
ANV.AZ mərhum nazir Natiq Əliyevin yerinə təyin olunan P. Şahbazovun kimliyinin oxucular üçün də maraqlı olacağını nəzərə alaraq, onun haqqında bəzi məlumatları təqdim edir:
 
Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub. 
 
1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
 
1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2006-cı ilin sentyabr ayına kimi Azərbaycanın Almaniyadakı fövqaladə  və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Ailəlidir, iki övladı var. 
 
P. Şahbazov iingilis, alman və rus dillərini bilir.
 
O, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovun oğludur.