Salyanda gənc sevdiyi qıza görə intihar etdi

Oxunma sayı: 10213 Oktyabr, 2017 11:00

İki gün öncə Salyan rayonunun Xıdırlı kəndində baş verən intihar hadisəsinin bəzi detalları məlum olub.

ANV.AZ Ölkə.az-a istinadla xəbər verir ki, özünü asaraq, intihar edən 21 yaşlı kənd sakini Əsədov Emin Məhərrəm oğlu atasına etiraz əlaməti olaraq bu yola əl atıb.

Belə ki, imkanlı ailənin övladı olan Əsədov kasıb ailədən olan qızla evlənmək istəyirmiş. Ancaq atası bu izdivacın baş tutmasının mümkün olmadığını  deyib, bundan sonra ata-bala arasında mübahisə yaranıb. Mübahisədən bir müddət sonra Emin Əsədov həyətlərindəki tövlədə özünü asaraq, intihar edib.

Qeyd edək ki, faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.