Ölkədə TV və radio yayımı dayandırılacaq

Oxunma sayı: 13413 Oktyabr, 2017 12:00

Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək.
 
Bu barədə özəl olaraq Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.
 
Profilaktika ilə əlaqədar olaraq telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.
 
Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir.