Müxalifətin mitinqinə gedən aktyor işdən çıxarıldı

Oxunma sayı: 145418 Oktyabr, 2017 14:40

Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub.

 

Teatrdan APA-ya verilən məlumata görə, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb.

 

“Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, - deyə teatrdan bildirilib.

Xatırladaq ki, Ayşad Məmmədov Milli Şuranın son mitinqində iştirak etmişdi və onun işdən çıxarılmasının bununla bağlı olduğunu deyilir.