Ermənistan ordusunda əsgərlər bir-birlərini güllələdilər

Oxunma sayı: 47021 Oktyabr, 2017 15:00

İşğal edilmiş Dağlıq Qarabağda daha iki erməni hərbi qulluqçusu ölüb.

Hadisə Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağ atıcı alayın ərazisindəki postda qeydə alınıb.

Odlu silahdan istifadə qaydalarına əməl etmədikləri nəticəsində 1998-ci il təvəllüdlü Aram Xaçatryan və 1997-ci il təvəllüdlü Qraç Avetisyan aldıqları güllə yaralarından ölüblər.

Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.

Erməni KİV iddia edir ki, hərbi qulluqçular arasında yaşanan mübahisə zamanı onlar bir-birlərini güllələyiblər. 

// oxu.az