“Qarabağ”dan sərt cavab - “Səviyyəsiz...”

Oxunma sayı: 106521 Oktyabr, 2017 17:00

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Sabah” qəzetində dərc olunan köşə yazısına sərt reaksiya verib.

O sosial şəbəkədə bildirib ki, ən böyük  fağırlıq Azərbaycan və Qarabağın uğurlarına dəstək olmamaqdır:

“Əgər mənəviyyatdan xəbəriniz olsaydı, belə səviyyəsiz köşə yazıb özünü gülünc vəziyyətə salmazdınız. Bir türk qəzeti olaraq Qarabağ həqiqətlərini Avropaya və dünyaya başa salsanız, o zaman “ezik” olmaqdan qurtula bilərsiniz. Tərtəmiz qəlblərlə və əllərlə yazılmış “Qarabağ” adı bizim üçün müqəddəsdir. O hərfləri yazan təmiz əllər var olsun”.

// qafqazinfo.az