Bütün Amerika bu soydaşımızdan danışır - Yüksək vəzifə

Oxunma sayı: 236721 Noyabr, 2017 10:00

Əslən azərbaycanlı olan Etibar Xəlilov ABŞ-ın Los-Anceles dairəsində (Kaliforniya ştatı) Santa Klarita şəhərində şerifin müavini vəzifəsinə təyin edilib.

ANV.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə Santa-Klarita şerifinin rəsmi Facebook səhifəsində məlumat verilir.

Etibar Xəlilova artıq sertifikat da təqdim olunub.

Bildirilir ki, E.Xəlilov 2002-ci ildə Rusiyadan ABŞ-a köçüb və burada Hərbi Hava Qüvvələrinin Akademiyasında pilot işləyib. Sonradan o, altı il müddətində polis zabiti kimi çalışıb.   

Xəlilov ABŞ vətəndaşı olmaq üçün ona 10 il vaxt lazım olduğunu bildirib. 

E. Xəlilovun sözlərinə görə, o həmişə hüquq-mühafizə orqanlarında işləmək arzusunda olub:

"Biz dörd qardaşıq. Üçümüz hüquq-mühafizə orqanlarında çalışırıq”. 

Santa-Klarita polis idarəsinin məlumatında qeyd olunur ki, Etibar kimi əməkdaşla fəxr edirlər. 

// ANV.AZ