ABŞ Gürcüstanı silahlandırır - 75 milyon dollar ayıracaq

Oxunma sayı: 20421 Noyabr, 2017 15:00

ABŞ Gürcüstana 75 milyon dollarlıq hərbi texnika satmaq niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə Pentaqonun nəzdindəki hərbi əməkdaşlıq Agentliyinin saytında bildirilir.

Məlumata əsasən, ABŞ Dövlət Departamenti Gürcüstana "Javelin” daşınabilən tank əleyhinə raket komplekslərinin satışına razılıq verib.

Tədarük üzrə yekun qərar ABŞ Konqresi tərəfindən veriləcək. Müvafiq sənəd noyabrın 17-də Konqresə göndərilib.

Rəsmi Vaşinqton sazişin regionda hərbi balansı dəyişməyəcəyini vurğulayıb.

// ANV.AZ