ABŞ-Rusiya arasında gərginlik - Soyuq müharibə gedir

Oxunma sayı: 23821 Noyabr, 2017 16:00

Rusiyanın Dəməşqdəki səfirliyinin atəşə tutulmasına dair BMT Təhlükəsizlik Şurasında yaydığı bəyanat ABŞ tərəfindən bloklanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyindən bildirilib.

Rusiya nümayəndə heyəti səfirliyin atəşə tutulması ilə əlaqədar  BMT TŞ-də hücumu pisləyən bəyanat yayıb.

Ötən gün Rusiyanın Dəməşqdəki  səfirliyi qumbaraatanlardan atəşə tutulub. Nəticədə səfirliyin binasına ziyan dəyib, binanın elektrik xətləri və su təchizatı sistemi zədələnib. 

Qeyd edək ki, Rusiya BMT TŞ-də ABŞ-ın Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bir neçə dəfə bloklayıb.

// ANV.AZ