Numan Kurtulmuş: “Çox az qaldı, kimliyini bilmək üzrəyik”

Oxunma sayı: 8232 Yanvar, 2017 22:02

Türkiyənin güc strukturları İstanbulda terror aktı törədənin şəxsiyyətinin müəyyənləşdirilməsinə yaxındır.

Bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.

Onun sözlərinə görə, hazırda terrorçunun əl izlərinə dair məlumat və hərəkət etdiyi əsas yerlər müəyyənləşdirilib.

Qeyd  edək ki, yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib.  Hadisə nəticəsində 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.