Doğru seçim üçün – biz varıq!

Oxunma sayı: 11402 Yanvar, 2017 22:48

Ev, müəssisə, təşkilat fərq etməz, istənilən tikili barədə ilk təəssürat qapılardan başlayır.“Teknur” MMC şirkəti Azərbaycanda keyfiyyətli və uzunömürlü avtomatik qapıların tədarükçüsü kimi tanınır.

Şirkətin direktoru Firuz Atakişiyev hesab edir ki, müştəri özünə darvaza və ya qaraj qapısı, həmçinin onları idarə edən avtomatikqurğu və avadanlıqları seçərkən olduqca diqqətli olmalıdır. Oxucularımızı bu maraqlı müsahiblə tanış olmağa dəvət edirik.

– Darvaza və qapıların avtomatik açılıb-bağlanması artıq hamı üçün adiləşib. Ümumiyyətlə, avtomatik darvaza necə çalışır?

– Avtomatikanın yaranma tarixi 1960-cı illərin sonuna təsadüf edir. İnsanlar həyat tərzlərinin rahatlığına xidmət edən bu texniki tərəqqidən uğurla istifadə edərək, onun tətbiqi sahələrini genişləndirdilər, həmçinin darvaza və qapıların avtomatik açılıb-bağlanması bir tələbata çevrildi.Bu qurğu və mexanizmlərin meydana gəlməsi hər bir hava şəraitində öz avtomobilini tərk etmədən, onların açılmasına komanda vermək zərurəti yaratdı.Bu sahədə ən çox düşünənlər italyanlar oldu və hazırda 300-dən artıq şirkəti ilə İitaliya dünyada birincidir. Yeni texnoloji avadanlıqlar dəqiq elmlərin bir çox nailiyyətlərini özündə inteqrasiya etməklə, belə çalışır: darvaza və qaraj ya qapılarına 50-150 metr qalmış xüsusi komanda verici pult və ya qurğu ilə komanda verilir və bu zaman darvaza ilə əlaqələndirilmiş qurğular işə düşür. Siqnalı qəbul edən alıcı antena idarəedici beyin vasitəsilə darvaza və ya qaraj qapısına açılma komandası verir.Xəbərdaredici, sığortalayıcı və darvaza və ya qaraj qapıya bərkidilmiş qurğular avtomobilimizi sərbəst şəkildə içəri daxil olmasını təmin edir.Avtomobil içəri daxil olandan sonra seçilə bilən rejimlərdən birində darvaza və ya qapı avtomatik bağlanır.

– Bu halda qapıların təhlükəsizliyi məsələsi də gündəmə gəlir. Avtomatik qapı nə qədər təhlükəsizdir?

– Bu məsələ üzərində xüsusilə ciddi dayanmalıyıq. Hazır avtomatik qapılar və ya mövcud darvaza üçün avtomatik idarə edəcək qurğuların düzgün seçilməməsi, keyfiyyətinin aşağı olması və həmçinin səriştəsiz quraşdırılması insan sağlamlığı, məmulatın özünə və ya ərazidəki əşyalara real təhlükə yaradır.

Bundan başqa inkişaf etmiş ölkələrində avtomatik darvazaların təhlükəsizlik parametrlərindən biri olan qidalandırıcı cərəyan siddətinə xüsusi önəm verilir.Bu zaman avtomatik qurğuların 24V ilə çalısması əsas şərtlərdən biridir.Biz öz müştərilərimizə ən müasir avtomatik qurğuları təklif edirik və onun üstünlüklərini müştərilərimizə izah edirik.Təəsüf ki, qiymətdən dolayı 230 V gərginliklə çalışan qurğulara üstünlük verənlər tapılır.Halbuki, 24 V gərginliklə işləyən matorlarla həm elektrik enerjisinə qənaət edilir, həm də qurğuların alternative enerji mənbələrindən istifadə imkanlarını vermeklə, intensiv çalışmış olur.

– İstehsalçı şirkətlər avtomatika işi ilə bağlı daha hansı tiplərdə aksessuarlar təklif edirlər?

– İstehsalçı şirkətlər avtomatik qurğularla bərabər: xəbərdar edici, sığortalayıcı, təhlükəsizlik kilidi, idarəetmə beyini və s. tiplərdə aksesuarlar təklif edirlər. Burada tam əminliklə deyə bilərəm ki, “Teknur” MMC şirkəti tam arxayın çalışan, maximal seçimdə avadanlıq təklif edir.Məsələn, darvaza çölə açılırsa, yerin altında xüsusi qurğu yerləşdiririk.Bu zaman darvazanın çölündə avtomobil dayanıbsa, nə qədər komanda verilsə də, qapı açılmayacaq. Biz çalışırıq ki, avtomatika insanlara zərər vurmadan doğru rahatlıq versin!

– Qaraj qapı, darvaza və ya sənaye məqsədli avtomatik qapılar arasında ən çox istifadə edilən tiplər hansılardır?

– Ən çox yayılan və istifadə edilən qaraj və ya sənaye məqsədliqapılar seksional qapılardır.Bundan başqa, Azərbaycanda ilk istehsalı bizə məxsus, avtomatik bütöv qalxan X-qapıları xüsusilə vurğulamaq istərdim.Bu qapılar demək olar ki, istənilən hava şəraitində çalıışır, azmərtəbəli şəhər evi həyətinə, villa girişləri üçün əvəzsizdir. Elecə də, seksional qaraj qapı materialından hazırlanan cüt açılan və ya yana sürüşən darvaza və əl qapıları da çox sifariş verilən tiplərdəndir. Burada qeyd edim ki, “Teknur” MMC şirkəti bu tipli qapıların hazırlanması üçün də uyğun aksessuar və detalları da bazara təklif edir.

– Bəs, “Teknur” MMC şirkəti qapı və darvazalar üçün hansı avtomatik qurğulara etibar edir?

– İtaliyanın “Came” şirkəti ilə artıq 18 ilə yaxın zamandır ki, əməkdaşlıq edirik. Bu şirkət darvaza və qapılar üçün avtomatik qurğuların istehsalı üzrə iri böyük bazar payına malik dünya liderlərindən biridir.Bizim yerli hava, istehsal, təhlükəsizlik və texnologiya-struktur tələbləri nəzərə alsaq, onların istehsal etdiyi avtomatik qurğular bu bazara daha uyğundur. Tövsiyyə edirəm ki, müştərilər yanlışlığa yol verilməməsi üçün səriştəli mütəxəsisilərlə məsləhətləşmədən seçim etməsinlər.

– Demək olarmı ki, ağıllı ev üçün ağıllı qapılar artıq var?

– Ümumilikdə tendensiyanı qiymətləndirsək, demək olar ki, “ağıllı ev” modelinin meydana gəlməsi məhz avtomatikanın inkişafı ilə bağlıdır. Qapıların avtomatik işləməsini görən insanlar mənzillərində işıqlandırmanı, istilik sistemlərini, suvarma və video görüntüləri və s. içləri avtomatik işə salmağı arzulayır. Enerji mənbələrinin uzaqdan idarəedilməsinə maraq mütəxəssisləri yeni avtomatik qurğuların kəşfinə ruhlandırdı. Bu isə gələcəkdə “ağıllı ev” konsepsiyasına keçidə dayanır və onun yaradılmasına səbəb olmuşdur. Qeyd edim ki, bu istiqamət də “Teknur” MMC-nin fəaliyyət planına daxildir.

– Desəm ki, komfortu biz azərbaycanlılar çox sevir, yəqin ki, inkar etməzsiniz. Vətəndaşlarımız darvazalarının, qapılarının avtomatik açılıb-bağlanmasına necə, maraq göstərirlərmi?

– Ölkəmizdə avtomatikanın inkişaf tarixi mənim gözlərim qarşısında keçib. Bu sistemlərə şübhə ilə baxan müştərilər, demək olar ki, sifariş etdikləri darvaza, qaraj qapıların 90% -ni avtomatik istəyirlər. “Teknur” MMC şirkəti artıq 18 ildir ki, avtomatik qapılar quraşdırır və biz arxaya baxanda minlərlə müştərini məmnun etmiçik və hətta bizi unudublar.Vaxtaşarı  müştərilərimizdən soruşuruq, maraqlanırıq və eşitdiyimiz bu olur: Çalışır, heç bir problem yoxdur. Sevinirik ki, biz müştərilərimizin ailə “üzvünə” çevrilmirik.Maraqlı hadisələrdən biri də Mərkəzi Bankın açılışı illərinə təsadüf edir.Onlara xüsusi idarəetmə rejimli ikiqat avtomatik çalışan qurğu lazım idi və bizə, bazarı tam araşdıraraq müraciət etdilər.Mütəxəssislərimizin köməyilə bu sifarişi yerinə yetirdik.Üzərindən 10 ildən çox müddət keçib, odur ki, onlardan qurğuya texniki servisin verilməsi ehtiyacının olub-olmadığını ehtiyatla sooruşduq.Dedilər ki, işləyir, texniki servisin verilməsinə lüzum yoxdur.Bizim sevincimizin həddi-hüdudu yox idi.

– Maraqlıdır, həmin qurğunu yerli mütəxəssislərimiz hazırladılar, yoxsa Avropaya müraciət etdiniz?

– Yaxşı sualdır. Təbii ki, avtomatik qurğu və aksessuarları Avropadan gətirdik, lakin mexaniki hissələri Biləcəri qəsəbəsində yerləşən Dəqiq Dəzgahqayırma Zavodunda çalışan azərbaycanlı mühəndislə bərabər hazırladıq.Sovet dövründə texnika sahəsində bizim yaxşı kadrlarımız olub.Təəssüf ki, bugün onların biliyindən, təcrübəsindən istifadə etmirlər.Biz bu layihədə yerli mütəxəssislərimizdən istifadə etdik.Vurğulamaq istərdim ki, yerli mütəxəssislərimiz xarici həmkarlarından heç də geri qalmırlar və onların dəyərini bilmək lazımdır.

– “Teknur” MMC şirkəti hansı strateji layihələrdə iştirak edib?

– Bizim üçün hər bir müştərinin sifarişi strateji əhəmiyyətə malikdir. Bununla belə fəxrlə deyə bilərəm ki, Prezident Aparatı və Milli Məclisin avtomobil giriş və çıxışlarda, darvaza və qarajların avtomatlaşdırması layihələrini biz həyata keçirmişik.Sadalasam böyük bir siyahı alınar, həm də vurğulaya bilərəm ki, biz bu sahədə müştəri məmuniyyətini qazanmış, öz sözünü demiş bir lider şirkətik. Sonda: doğma Bakımızda avtomobillərin parklanması məsələsi gündəmdədir. Həyətə, bina altı ümumi garaj və ya parklama alanlarının giriş və çıxışlarına nəzarət edilməsi üçün istifadə edilən baryerlər olduqca vacib elementlərdən biridir.Biz şəhərimız üçün çox stratejli olan bu layihəni həyata keçirilməsində iştirakçıyıq. Olduqca yaraşıqlı dizayna malik, paslanmaz metaldan (nece deyerler, Xəzər qoynunda olan Bakımıza yalnız “нержавейка” baryerlər uyğun gəlir) hazırlanan “Came” markalı, çox çeşidli, 10 il zəmanətli və ekonomik dəyərə malik baryerlərimiz (“şlaqbaumlar”) dəyərli müştərilərimizin ixtiyarındadır. Baxın yenə də: Doğru seçim üçün biz varıq!