Parisdə anım mərasimi keçirilib

Oxunma sayı: 2262 Yanvar, 2017 23:04

Azərbaycanın Fransadakı Səfirliyi və “Paris Azərbaycan evi” 1990-cı il 20 Yanvar tarixində Bakıda baş vermiş qanlı faciənin 27-cü ildönümü münasibətilə anım mərasimi keçirmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Fransadakı Fövqaladə və Səlahiyyətli Səfiri Elçin Əmirbəyov 27 il öncə baş verən və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə həlak olmuş dinc əhalinin Azərbaycanın tarixinə şanlı iz buraxdığı bu gün haqqında iştirakçılara geniş məlumat vermiş, şəhidlərin xatirəsini ehtiramla yad etmişdir.

Mərasim başa çatdıqdan sonra “Paris Azərbaycan Evi”nin təşəbbüsü ilə Parisin III Aleksandr korpusu üzərinə əklillər qoyulmuş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Anım mərasiminin sonunda Sena çayına “20 Yanvar” faciəsinin simvoluna çevrilmiş qırmız qərənfillər səpilmişdir.