İranda azərbaycanlı xəstələrin başına açılan oyunlar...

Oxunma sayı: 2842823 Mart, 2017 12:00

- Hər il yüzminlyonlarla dollar xaricdə müalicə məqsədilə ölkədən çıxarılır. Bunu doğuran səbəblər nədir: Azərbaycan vətəndaşı öz ölkəsinin səhiyyəsinə etibar etmir, yoxsa “qonşudan geri qalmayım” prinsipini rəhbər tuturlar?

- Unutmaq lazım deyil ki, Azərbaycan heç də uzaq olmayan keçmişdə müstəqillik əldə edib. Biz 70 il faktiki olaraq Rusiyanın tərkibində və sovet səhiyyə sisteminə uyğunlaşaraq yaşamışıq. Əlbəttə, 25-26 il elə də uzun zaman deyil və bu müddətdə Azərbaycan səhiyyəsini Avropa, Türkiyə və digər inkişaf etmiş ölkələrin səhiyyəsi ilə bərabər tutmaq heç də düzgün yanaşma deyil. Amma etiraf etməliyik ki, bu gün Qərb səhiyyə məktəbini keçmiş, aparıcı ölkələrdə ixtisas artırmış və səhiyyəmizə qərb standartlarını gətirmiş çoxlu sayda həkimlərimiz var. Təsadüfi deyil ki, bu gün ölkəmizdə ən unikal cərrahi əməliyyatlar həyata keçirən və ən müasir standartları ölkədə tətbiq edən, ABŞ-da, Almaniyada, Fransada, Türkiyədə və digər inkişaf etmiş ölkələrdə uzmanlıq keçən gözəl mütəxəssislərimiz var. Ürək-damar, uroloji, neyrocərrahiyə və digər sahələrdə peşəkar yerli kadrlarımız yüksək səviyyədə əməliyyatlar aparırlar. Tam səmimiyyətimlə demək istəyirəm ki, bu unikal əməliyyatlar dünyanın ən inkişaf etmiş ölkələri ilə belə müqayisə oluna bilər. Ancaq bununla yanaşı harada uğur və inkişaf varsa, orada qüsurların olması da istisna deyil və buna təbii yanaşmaq lazımdır. Əlbəttə, xəstələrin etimadından sui-istifadə edən, tibbi bilikləri yetərincə olmayan həkimlərimiz də var ki, onlar bütövlükdə ölkə səhiyyəsi adına mənfi çalarlar gətirirlər. Təəssüf ki, qurunun oduna yaş da yanır. Kiminsə qeyri-peşəkar fəaliyyətinə görə, bütövlükdə həkimlərimizi ittiham etmək doğru deyil və bəziləri bu faktdan yararlanaraq, məqsədli şəkildə ajiotaj yaradırlar.

- Əcnəbi həkimlər tez-tez ölkəmizə təşrif buyurur, mətbuata müsahibələri zamanı azərbaycanlı həkimləri savadsızlıqda ittiham etməkdən belə çəkinmirlər…

- Müasir və qlobal dünyada hansısa sahənin mütəxəssisi digər ölkəyə köç edə və orada müəyyən şərtlər daxilində fəaliyyət göstərə bilər. Amma reallıq ondan ibarətdir ki, kifayət qədər bilikləri və təcrübəsi olan heç bir həkim öz ölkəsindən kənarda fəaliyyət göstərməz. Bu yalnız istisna hallarda mümkündür. Hər kəsə bəllidir ki, əcnəbi həkimlər məhz maddi maraqlar və daha artıq gəlir götürmək niyyətilə ölkəmizə təşrif buyururlar. Təəssüf ki, onlar öz rolunu və əhəmiyyətini artırmaq üçün mənfi tendesiyaları qabardır və bu yolla reklam qazanmağa çalışırlar. 

- Əcnəbi həkimlərdən söz düşümüşkən. Maraqlıdır, bu gün dövlət və ya özəl xəstəxanalarda çalışan xarici həkimlərin statusu hansı qaydalarla tənzimlənir?

- Çox maraqlı məqama toxundunuz. Bu məsələ cəmiyyətin ən ağrılı problemlərindən biridir. Bu gün Azərbaycanda və ölkə xaricində ixtisaslaşan yerli həkimlərimiz istər Avropada, istərsə də Türkiyədə həkimlik fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən manelərlə üzləşirlər. Əslində burada qeyri-adi bir şey yoxdur və bu tamamilə normaldır. Əgər sən hər hansı ölkədə çalışmaq və xidmət göstərmək istəyirsənsə, həmin ölkənin qanunları və qaydaları ilə hesablaşmalısan. Xüsusilə də “Dənlik” deyilən imtahanda iştirak etmək, altı aylıq müddətində müvafiq prossedurları keçmək mütləq tələblər sırasındadır. Təəssüf ki, bizdə müvafiq prosedurlar üçün şərtlər sadədir və ümumiyyətlə imtahan tələb olunmur. Yaxşı olardı ki, əcnəbi həkimlərlə bağlı prossedurlar yaxşı mənada sərtləşdirilsin. Bu bütövlükdə ölkə səhiyyəsinə əlavə üstünlüklər qazandıracaq. Digər tərəfdən əcnəbi həkimlər kifayət qədər bahalı tibbi xidmət göstərirlər ki, bu onsuz da maddi durumu qənaətbəxş olmayan xəstələri daha çətin duruma salır.

- Sizcə, səhiyyə sisteminə və tibb personalına etimadı artımaq üçün hansı addımlar atılmalıdır?

- İlk olaraq onu qeyd etmək istəyirəm ki, icbari tibbi sığortanın tətbiqinə ciddi ehtiyac var. Bu sığorta sistemi elə formada tətbiq edilməlidir ki, xəstələrimiz bundan yüksək səviyyədə yararlana bilsin. Son dövlər bununla bağlı ciddi addımlar atılır və bu yaxın gələcəkdə ölkəmizdə də bu sistemin kütləvi şəkildə populyarlıq qazanacağına ümidlər yaradır. Tibbdə belə bir qayda var: O yerdə ki, inam yoxdur, həmin yerdə müalicə çətinləşir. Xəstələrdə inamın olması ən vacib şərtdir. Şəxsən mən öz təcrübəmə əsaslanaraq demək istəyirəm ki, bizə çoxlu sayda müraciət edən, etimad göstərən xəstələr var. Xaricdə, xüsusən də İranda müalicə almış yüzlərlə xəstə var ki, ağırlaşmış şəkildə bizə müraciət edir və şəfa tapırlar. Etimadı artırmaq üçün Avropa təhsilli kadrlarımıza daha ciddi şərait yaradılmalı, onların potensialından ən yüksək səviyyədə istifadə olunmalıdır.

- Biraz da öz fəaliyyətiniz haqda danışardınız…

- May-iyun aylarında xeyriyyə məqsədilə Azərbaycanın əksər regionlarında, Gəncə, Lənkəran, Şəki, Quba regionlarında pulsuz müayinə və müalicə aksiyası təşkil edəcəyik. Eyni zamanda əyalət həkimlərinin tibbi bilik və bacarıqlarının artırılması məqsədilə seminar-treninqlər keçirilməsi də nəzərdə tutulub. Biz öz fəaliyyətimizdə dürüstlüyü, peşəkarlığı əsas tuturuq və imkanı olmayan xəstələri də nəzərə almağa çalışırıq. Şəxsən mən bütün xəstələrimə öz doğmam kimi yanaşıram və hər bir həkimə də öz xəstələrinə məhz bu cür yanaşmağı arzu edirəm.

- Fəaliyyətinizdə hansı yenilikləriniz gözlənilir?

- İndiyə kimi böyük seriyalı 1500-dən çox böyrək və sidik daşlarının endoskopik müalicəsini, prostat adenomasının yüksək səviyyədə endoskopik müalicəsini həyata keçirmişik. Xüsusi ilə prostat vəzi xərçənginin erkən aşkar edilməsi, böyrəyin qoruyub saxlayıcı əməliyyatlarını, qadın və kişilərdə sidik saxlamazlığında, kişi sonsuzluğunun müalicəsində olan yeniliklərə xüsusi önəm veririk. Bu sahədə fəaliyyətimiz davam edir. Biz çalışırıq ki, müasir urologiya və andrologiyada əldə olunmuş uğurları mənsimsəyib, ölkəmizdə tətbiq edək. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, müəyyən mənada buna nail olmuşuq. Hazırda Almaniyanın Komputerləşmiş Diaqnostika Mərkəzi, dünyaca məşhur “Amerikan” və “Klivlend” xəstəxanaları, o cümlədən rəhbərliyində təmsil olunduğum Avropa Uroloqlar Cəmiyyəti ilə sıx əməkdaşlıq edirik. Bizim bir amalımız var: Ümidini bizə bağlayan xəstələr bizim atamız, anamız, bacımız, qardaşımız, övladlarımızdır.

Xatırladaq ki, Dr. Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Həmin xəstəxanada tətbiq edilən böyrək köçürülməsi əməliyyatlarında iştirak edib. Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji və Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını həyata keçirib. Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri və Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvüdür.

Dr. Araz Bayramovla görüş götürmək üçün: (055) 255-55-45