“Səməd Səmədov 50 manata oxuyur” - AÇIQLAMA

Oxunma sayı: 620110 Yanvar, 2017 08:40

 

“Elə müğənnilər var ki, deyirdilər 10 min dollardan aşağı toya getmirik. İndi heç onlara 500 manatda verən yoxdur”.

Bu sözləri ANV.az-a danışan müğənni Əli Mirəliyev söyləyib.

Konkret adlar çəkən müğənni bildirib ki, vaxtilə gur-gur guruldayan müğənniləri indi heç yaxına buraxan yoxdur:

“Bir ara məmurlar, sahibkarlar, imkanlı adamlar bunları şelləndirirdi. Baha qiymətə toylarına çağırırdılar. İndi heç yüz manat da vermirlər. Bir-bir evlərini, villalarını, maşınlarını satırlar. Deyilənə görə, hamısı “xruşovkalar”a köçüb. Misal üçün Səməd Səmədov 50 manata oxuyur. Özü də toylarda yox, tədbirlərdə. Cavanşir Məmmədov, Firuzi İbadova, Əlikram Bayramov da həmçinin”.

// ANV.az