Türkiyədə içində futbolçuların olduğu təyyarəni ildırım vurdu

Oxunma sayı: 39210 Yanvar, 2017 14:10

Qış hazırlıq toplanışı üçün Türkiyənin Antalya bölgəsini seçən alman klubu "Erfurt"un təyyarəsini ildırım vurub.

Dalaman hava limanına təcili eniş edən təyyarədəki futbolçulardan xəsarət alanın olmadığı deyilir. 

Səhər saatlarında 27 futbolçu ilə Antalyaya gələn alman klubunun Tvitter hesabından edilən açıqlamada: "Təyyarəmizi ildırım vurdu və fırtına bizi Dalamana düşməyə məcbur etdi", - qeyd edilib.

 

///Milli.Az