Əvvəllər 4 dəfə təcavüzə uğrayan 15 yaşlı qız yenə zorlandı

Oxunma sayı: 22711 Yanvar, 2017 11:10

Türkiyədə əvvəllər 4 dəfə təcavüzə uğrayan 15 yaşlı qız yenə zorlanıb. 

Boluda 15 yaşlı Z.A. 16 yaşlı iki oğlanın təcavüzünə məruz qalıb.

İddialara görə, onlar feysbukda tanış olublar. Qız əvvəllər 4 dəfə təcavüzə uğrasa da, oğlanın evinə gedib. O, oğlan və dostu tərəfindən zorlanıb. Qız onlardan polisə şikayət edib. Oğlanlar saxlanılsalar da, sərbəst buraxılıblar.

Qeyd edək ki, Z.A. hakimin məhkəmədə "əvvəllər 4 dəfə zorlandığını deyirsən, bəs niyə evə çağıran kimi getdin?" sualına: "Ağlıma gəlmədi, elə bildim ki, söhbət etmək üçün çağırıb", - deyə cavab verib.

 

///Milli.Az