Elman Rüstəmov bütün bankirləri təcili toplayır

Oxunma sayı: 118011 Yanvar, 2017 10:00

Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün bank rəhbərləri ilə görüşəcək.

Bununla bağlı Azərbaycanda fəaliyyət göstərən bütün banklara müraciət olunub.

Banklar tədbirdə İdarə Heyətinin sədri və Xəzinədarlıq departamentinin direktorları səviyyəsində təmsil olunacaq.

Qeyd edək ki, görüşdə bank sektorunda vəziyyətlə bağlı cari məsələlər və Strateji Yol Xəritəsi və Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul edilmiş “2017-ci üzrə maliyyə sabitliyinin təmin edilməsi dair planla” bağlı müzakirələr aparılacaq.