Azərbaycanlı futbolçu rəsmən Yunanıstan klubunda

Oxunma sayı: 7011 Yanvar, 2017 16:30

Millimizin sabiq futbolçusu Amit Quluzadənin Yunanıstanın AEL (və ya təmsil etdiyi şəhərin adı ilə "Larisa" da çağırılır - red.) klubuna keçidi rəsmiləşib. 

Yunanıstan klubu azərbaycanlı dayaq yarımmüdafiəçisi 2,5 illik müqavilə bağlayıb.

Bu haqda məlumatı Quluzadə öz “Feysbuk” profilində paylaşıb. 24 yaşlı futbolçu transferin baş tutmasına görə “Sumqayıt”ın prezidenti Kamran Quliyevə, klub meneceri Ceyhun Sultanova və baş məşqçi Samir Abasova təşəkkürünü bildirib.

Qeyd edək ki, Amit Quluzadə əvvələr də Türkiyə ("Kayseri Ərciyəsspor") və Portuqaliyada ("Atletiko") legioner həyatı yaşayıb. Amitin yeni klubu Yunanıstan Super Liqasının debütantıdır və hazırda 13 xalla XIII pillədə qərarlaşıb.

///Qaynarinfo