Trampın seks kasetləri Rusiyanın əlindədir - Kəşfiyyatın hesabatı mediaya sızdı

Oxunma sayı: 19311 Yanvar, 2017 17:10

Amerikanın kəşfiyyat təşkilatlarının (CIA, NSA və FBI) hazırladığı hesabat mediaya sızıb.

Hesabatda Moskvanın ABŞ-ın yeni prezidenti ilə əlaqədar sənədlər hazırladığı qeyd edilib. Xəbərlərə görə, sənədlər arasında Trampın Moskvada çəkilmiş seks kasetləri də var.

Sözügedən xəbərlərin yayılmasından sonra açıqlama verən Rusiya dövlət başçıları ilə əlaqədar hər hansı bir sənəd olmadığını bildirib.

Kremlin sözçüsü Dmitri Peskov əllərində xüsusi ilə də Donald Trampun nüfuzuna zərər verəcək məlumatlar olmadığını qeyd edib.

Mətbuat konfransı təşkil edən Peskov xəbərlərdə sözügedən sənəd açıqlamasını "saxta və ucuz fantastika" olaraq xarakterizə edərək "Bu, ikitərəfli əlaqələrə zərər verməyə istiqamətlənmiş bir cəhd və cadugər ovunun davamıdır" deyib.

Qeyd edək ki, Donald Tramp bir vaxtlar "Miss Universe" gözəllik yarışması üçün Moskvaya getmişdi.

 

 ///Milli.Az