TQDK ləğv edildi

Oxunma sayı: 49411 Yanvar, 2017 17:30

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğvi prosesi tam başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ləğvetmə Komissiyası dünən işini yekunlaşdırıb.

"Yaxın 2-3 həftə ərzində DİM-in strukturunun formalaşdırılması başa çatdırılacaq", - deyə qeyd olunub.

Qeyd edək ki, ötən ilin noyabrında DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DQMK və TQDK-nın ləğvi ilə bağlı Ləğvetmə Komissiyasının yaradılması haqda əmr imzalayıb.

Xatırladaq ki, DİM ötən il oktyabrın 19-da dövlət qeydiyyatına alınıb. Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il aprelin 11-də DİM-in yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.