Əməkdar artist Azərbaycandan qaçmaq istəyir

Oxunma sayı: 35711 Yanvar, 2017 23:30

“Sənətdə olduğum 26 ildə çox şeyə dözmüşəm. Amma artıq bezmişəm. Çıxıb getmək istəyirəm”

Bu sözləri Əməkdar artist, tanınmış rejissor Nicat Kazımov “Facebook” səhifəsində yazıb.

Əməkdar artist yorulduğunu, illərlə sənətdə rastlaşdığı maneələrə dözdüyünü deyib: “Artıq bezmişəm. Riyakarlardan, ağa qara deyənlərdən, özünü hər kəsdən ağıllı sayan kütlərdən, sənətdə kar olan "sənətkarlardan", işi-gücü intriqa olan nadürüstlərdən bezmişəm. Kimisə yetişdirib, sonra itirməkdən, sıfırdan başlamaqdan yorulmuşam. Belə getsə, qaçacağam, mütləq qaçacağam”.

Avision.az-ın əməkdaşı bu paylaşımla əlaqədar aktyorun özü ilə əlaqə saxlayıb. N. Kazımov bununla bağlı danışmaq istəmədiyini, yorulduğunu bildirib.

“Bir kəlmə ilə deyə bilərəm ki, artıq yorulmuşam. Hələ ki, işimdən ayrılmamışam. Bundan sonra necə olacağı haqda dəqiqi bir söz deyə bilmərəm”.

Qeyd edək ki, Nicat Kazımov 1991-ci ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir.