Nazir müavini təyin edilən Mətin Abdullayev kimdir?

Oxunma sayı: 35812 Yanvar, 2017 12:20

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev təhsil nazirə yeni müavin təyin edib. Dövlət başçısının sərəncamına əsasən, Mətin Eynullayev bundan sonra Mikayıl Cabbarovun müavini olacaq.

Eynullayev Mətin Balasən oğlu indiyədək Təhsil Nazirliyinin Aparat rəhbəri postunu tuturdu. 

O, uzun müddətdir ki, Mikayıl Cabbarovla birlikdə çalışır. Belə ki, Mikayıl Cabbarov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olduğu vaxtda o, bu idarədə hüquqşünas və Aparat rəhbəri vəzifələrində çalışıb. Cabbarov 2013-cü ildə təhsil naziri təyin edildikdən sonra onu da nazirliyə dəvət edərək, Aparat rəhbəri postunu həvalə edib. 

Bəzi məlumatlara görə, Mətin Eynullayev təhsil nazirinin tələbə yoldaşıdır.