Dollar satışının bərpası “qara bazarı” çökdürdü – QİYMƏTLƏR

Oxunma sayı: 26412 Yanvar, 2017 13:00

Bu gün “qara bazar”da xarici valyutanın alış-satış qiymətləri bir qədər də ucuzlaşıb. 

İndi qanunsuz valyuta bazarında 1 dollar 1,8400 manata satılır.

Dolların “qara bazar”da alışı isə daha ucuzdur - 1,8200 manat. Bankların dolar satışını bərpa etməsi bu sektorun sürətlə zəifləməsinə səbəb olub. 

Bu gün keçirilən valyuta hərracından sonra vəziyyətin bir qədər də yumşalacağı gözlənilir.

///Fins.az