Türkiyədə zorlanan azərbaycanlı qadın: "Kaş ki sağ qalmasaydım"

Oxunma sayı: 23112 Yanvar, 2017 13:30

Ankarada azərbaycanlı qadın avtobusda təcavüzə uğrayıb. Bu barədə məlumatı "Hürriyet"in yazarı İsmail Saymaz verib.

 

Hadisə yanvar ayının 4-də, saat  23:40-da Ankaranın Etimesgut mahalı yaxınlığında baş verib. Azərbaycan əsilli qadın S. "530" nömrəli avtobusda təcavüzə uğrayıb.

 

Qadın qəzet müxbiri Ayşe Armanın suallarını cavablandırıb.

 

- Sizcə, sağ qalmağınız möcüzədir?

 

- Kaş ki sağ qalmasaydım! Həyatda olduğuma sevinə bilmirəm. Çünki təcavüzkarın haqlı olduğunu düşünənlər var. Belə bir vəhşiliyi müdafiə edənlər var. Bu, necə olur? Anlamaq mümkün deyil!

- Siz həmişə o yol ilə gedirsiniz?

 

- Bəli. AVM-in qarşısında avtobusdan düşüb, 200-300 metr piyada gedirəm. Çünki mənim oturduğum prospektə nəqliyyat vasitəsi getmir. O gün hava da çox soyuq idi. Avtobus gəldi, mindim. Boş olduğuna fikir belə verməmişdim.

 

- Narahatlıq hiss etdinizmi?

 

- Xeyr. Çünki mən avtobusa minəndə iki nəfər arxa qapıdan düşdü. Düşəcəyim dayanacağa çatanda sürücüdən qapını açmasını istədim. Saxlamadı. Eşitmədiyini düşünüb təkrar etdim. Sonra əsəbi səslə "mən özüm düşürdəcəm sizi" dedi. Qorxdum. Nə olduğunu anlamadan qışqırdım. Heç üzünü belə görmədiyim kişi bir neçə dəqiqə sonra məni zorladı. Düşünə bilirsiniz? Sonra məni boğdu, başıma gələnləri danışsam, məni öldürməklə təhdid etdi. Onun məni öldürəcəyini düşündüm. Sonra mənim qorxduğumu gördü, avtobusun qapılarını açdı...

 

Qeyd edək ki, sürücü dərhal saxlanılıb. O, məhkəmədə ifadə verib. İbrahim T. qadının söylədiklərini təkzib edib. O, ifadəsində deyib:

 

"Özü istədi deyə cinsi əlaqədə olduq. Mənə dedi ki, avtobusu saxla, qaranlıq yer tap, yanıma gəl. Sonra da fikrindən daşındı".

 

 ///Milli.Az