Teymur Əmrahdan Gülyanağa: "Gələn çəkilişə qədər doğmasa..."

Oxunma sayı: 17712 Yanvar, 2017 13:40

ATV-də yayımlanan "Tanıdım səni" layihəsinin efirində əməkdar artist Teymur Əmrah münsif həmkarı, xalq artisti Gülyanaq Məmmədova haqda efir etikasına zidd ifadələr səsləndirib.

 

Hər şey Ağdamdan seçilən Anar adlı iştirakçının çıxışının dəyərləndirilməsi zamanı baş verib.

Aparıcı Zaur Baxşəliyevin "Gülyanaq xanım, bayaqdan Anardan istədiyimi ala bilmədim" deyirdiniz replikasına T.Əmrah gözlənilməz müdaxilə edib:

"Gülyanaq xanımın vaxtına az qalıb, sancı bürüyüb onu. Bu dəqiqə o yeddi də verə bilər".

G.Məmmədova isə həmkarının gözlənilməz fikirlərinə belə reaksiya verib:

"Aaa, onun buna dəxli yoxdur".

T.Əmrah isə efir etikasına sığışmayan fikirlərini davam etdirib:

"Mən sizə söz verirəm ki, gələn çəkilişə qədər bu doğmasa, balaca iştirakçılar özləri bunu təcili yardımla həkimə aparacaqlar".

Əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev isə bunun televiziya tarixində ilk ola biləcəyini dilə gətirib:

"Onu mən özüm buradan təcili tibbi maşında yollayacağam. Televiziya tarixində ilk dəfə sənətkar xəstəxanaya səhnədən gedir".

///ölkə.az