Binəqədidə mənzildən 12 min dollar oğurlanıb

Oxunma sayı: 7412 Yanvar, 2017 14:20

Bakıda mənzildən 12 min dollar oğurlanıb.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, naməlum şəxslər Asif Məmmədov küçəsi ev 143 ünvanındakı mənzillərdən birindən 500 manat, 1 000 avro və 12 000 ABŞ dollar oğurlayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.