Millət vəkili: “İdman böyük siyasətdir”

Oxunma sayı: 119622 İyun, 2017 14:00

“Azərbaycanda keçirilən mötəbər idman yarışları ölkəmizin turizm potensialını və beynəlxalq miqyasda Azərbaycana olan marağı artırır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev Bakıda keçiriləcək Formula 1 yarışlarından danışarkən belə deyib.

Onun sözlərinə görə, hər bir beynəlxalq əhəmiyyətli yarış ölkəmizin qarşısında açılan fürsətdir:

“Dünyanın aparıcı dövlətləri hər il milyardlarla vəsaiti beynəlxalq idman yarışlarının keçirilməsinə və təşkilinə sərf edirlər. Bu təsadüfi deyil. Çünki hər bir belə yarış ölkənin qarşıssında böyük imkandır. Dövlətin turizm potensialını beynəlxaq əhəmiyyətini artırır. Başqa sözlə ifadə etsək idman özü də böyük siyasətdir. Bundan uğurlu istifadə böyük inkişafa aparır. Təsadüfi deyil ki, bu gün Azərbaycanda regionda aparıcı idman ölkələrindən biridir. Heç şübhəsiz bu amil ölkəmizin günü-gündən inkişaf edən iqtisadiyyatına əlavə çalarlar gətirir, qarşımızda böyük imkanlar açır”.

@ Editor.az