Deputat: “Fikrət Məmmədov satqın və xəyanətkar adamdır”

Oxunma sayı: 1956130 İyun, 2017 13:00

“Necə ola bilər ki, adını azərbaycanlı qoyasan, Azərbaycanın çörəyini yeyib iş qurasan, Azərbaycan dilini “yaltaqlıq dili” adlandırasan”.

Bu sözləri Editor.az-a danışan Milli Məclisin deputatı, professor Kamilə Əliyeva son günlər geniş müzakirələrə səbəb olan iş adamı Fikrət Məmədovun sosial şəbəkədə rus dilində Azərbaycan dilini “yaltaqlıq dili” adlandırmasına münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Fikrət Məmmədov kimilərinə yerini göstərməyin zamanı çatıb:

“Nə zamana qədər biz antimilli ünsürlərin milli heysiyyatımızla oynamasına imkan verməliyik. Əkrəm Əylisli, Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl kimi antimilli ünsürlərin sırasına daha biri əlavə olunub. Fikrət Məmmədov kimdir bilmirəm, amma onu bilirəm ki, o satqın və xəyanətkar bir adamdır. Azərbaycan dili gözəl dildir, müqəddəs dildir, bizim qürur mənbəyimizdir. Biz öz doğma dilimizlə fəxr edirik. Kim bizim müqəddəs dilimizi bəyənmirsə, ona “qapını göstərmək” lazımdır”.

@ Editor.az