Hər 10 kişidən birinin bəlası: Prostat adenoması - VİDEO

Oxunma sayı: 1825711 Avqust, 2017 15:00

Son vaxtlar Azərbaycanda kişilər ən çox prostat vəzi xəstəliyindən şikayət edirlər. Bu xəstəlik cavanlaşan xəstəliklər sırasındadır. Xüsusən də cavan yaşlarında prostatitdən əziyyət çəkib və vaxtında müalicə olunmayan kişilər sonradan daha ciddi fəsadlarla üz-üzə qalır.

Bəs görəsən kişilərin baş bəlasına çevrilən prostat xəstəlikləri nədən yaranır və bu problemdən necə xilas olmaq olar?

Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Avropa təhsilli uzman, uroloq-androloq Araz Bayramov məsələyə münasibət bildirib.

Portalımıza açıqlamasında uzman Dr. Araz Bayramov bildirib ki, prostat adenoması əsasən 40 yaşdan yuxarı kişilərdə rast gəlinir:

“Prostat adenoması prostat vəzin xoşxassəli şişi olub, sidiyə tez-tez getmə, zəif şırnaq, gecələr sidiyə oyanma ilə özünü büruzə verir. Prostat vəzi böyüdükcə sidik kisəsini sıxır və xəstədə narahatlıq yaradır. Avropa Uroloqlar Cəmiyyətinin illik toplantısında birmənalı olaraq qərara gəlindi ki, prostat vəzin adenomasından əziyyət çəkən xəstələr qanda PSA və transrektal ultrasəs müayinəsindən və sidik şırnağının təzyiqini ölçən uroflowmeter müayinəsindən keçməlidirlər. Bu müayinələrdən sonra xəstə sorğu edilməli və bu sorğuya əsasən müalicənin növü təyin edilməlidir”.

Prostat adenomasının müalicəsindən danışan Dr. Araz Bayramov bildirdi ki, bu gün Azərbaycanda bu xəstəlik Avropa protokollarına uyğun formada müasir üsullarla aradan qaldırılır:

“Avropa Uroloqlar Cəmiyyətinin sonuncu konqresində birmənalı olaraq prostat adenomasının son mərhələsinin “qızıl standart”ı sayılan plazma-kinetik-tur sistemi ilə müalicə olunması dünya uroloqlarına tövsiyyə olundu. Qeyd edim ki, bu üsulla prostat adenoması və sidik kisəsi poliplərinin müalicəsi kəsiksiz-endopskopik yolla aparılır. Burada əsas üstünlük ətraf toxumalar zədələnmədən prostat adenoması və sidik kisəsi poliplərinin rezeksiya olunaraq çıxarılmasıdır ki, bu da xəstəyə heç bir əziyyət çəkmədən problemdən azad olmağa imkan yaradır. Bu üsulun digər ən vacib üstünlüyü isə cinsi fəaliyyətə heç bir zərər dəymədən həyata keçirilməsindədir”.

Xatırladaq ki, Araz Bayramov Avropada təhsil alıb və Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib.

ABŞ-ın məşhur “American”, “Klivlend” klinikaları ilə əməkdaşlıq edən uzman Dr. Araz Bayramov hazırda Medika Hospitalın Baş Həkimi böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laporoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır.

İlk dəfə olaraq ölkəmizdə hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib.

Əlaqə saxlamaq üçün:

055-255-55-45