"Lider" TV-də 4 aydır maaşlar verilmir - SİRLƏR AÇILIR

Oxunma sayı: 291811 Avqust, 2017 15:45

"Lider" telekanalının işçiləri 4 aydır ki, maaş ala bilmir.

ANV.AZ xəbər verir ki, adının çəkilməsindən ehtiyyat edən əməkdaşların qaynarinfo.az-a verdiyi məlumata görə, telekanalın 200-yə yaxın işçisi aylardır maaş üzünə həsrət qalıb.

Əldə etdiyimiz bilgilərə görə, telekanalın aylıq reklam gəlirləri işçilərin toplam maaşını təxminən 2 dəfə üstələyir. Belə olan halda maaşların bu qədər müddətdə niyə verilmədiyi ciddi suallar doğurur.

@ ANV.AZ