İranda sel: çox sayda ölən və itkin düşənlər var

Oxunma sayı: 12012 Avqust, 2017 21:00

İranın şimal-şərqində davam edən şiddətli yağışlardan sonra güclü sel və daşqınlar meydana gəlib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, sel nəticəsində 11 nəfər dünyasını dəyişib, 2 nəfər isə itkin düşüb. Bu barədə məlumatı İranlı Tələbələr İnformasiya Agentliyinə İran Qızıl Aypara cəmiyyətinin rəhbəri Murtuza Səlimi verib.

Səlimi "Xorasanda 8, Gülüstanda 2, Şimali Xorasanda isə 1 nəfər dünyasını dəyişib. Gülüstanın Əli Abad bölgəsində isə 2 nəfər itkin düşüb" deyib.

Fəlakətin baş verdiyi ərazilərdə axtarış xilasetmə tədbirləri həyata keçirilir.