ANS-in məşhur aparıcısı İngiltərəyə gəlin köçdü

Oxunma sayı: 86415 Avqust, 2017 18:30

Lisenziyası ləğv edilən ANS-in keçmiş aparıcısı Elnarə Təhməzovanın telekanal bağlandıqdan sonra efirlərdən uzaqlaşması diqqət çəkib.

Anv.az-ın Axşam.az-a istinadla məlumatına görə, Təhməzova Azərbaycandan köçüb. O, hazırda İngiltərədə yaşayır.

Elnarə azərbaycanlı iş adamı ilə ailə qurub. 

Qeyd edək ki, aparıcının 2015-ci ildə ərə getmə xəbəri yayılmışdı. O, daha sonra açıqlamalarında bunun yalan olduğunu demişdi.