Sumqayıtda mağaza satıcıları ilə birgə satışa çıxarıldı

Oxunma sayı: 20315 Avqust, 2017 19:00

Mağaza satıcıları ilə birgə hərraca çıxarılıb.
 
Əmlak Məsələləri Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, mağazanı hərraca İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi çıxarıb. Mağaza 12 sentyabr tarixində auksion sevərlərə özəlləşdirmə üçün təqdim ediləcək.
 
Sözügedən mağaza Sumqayıt şəhəri, Heydər Əliyev prospektində yerləşir. Məlumata görə, hazırda mağazanın 7 işçisi var. Maraqlıdır ki, mağaza hərraca elə satıcıları ilə birgə təqdim edilib. Mağaza satıcıları ilə birlikdə satılır. Ümumi faydalı sahəsi 629.9 kvadrat metr olan mağazanın ilkin satış qiyməti 217.857 manatdır.