İşsizlərin sayı artıb

Oxunma sayı: 22415 Avqust, 2017 20:00

2017-ci il avqust ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,6 min nəfər olub.

İşsizlərin 37,2 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 250,7 manat olub. 

Xatırladaq ki, 2017-ci il iyul ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,3 min nəfər olub. Onların 37,3 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 258,3 manat olub.