Bakıda hovuzda gənc oğlan batdı

Oxunma sayı: 18222 Avqust, 2017 19:30

Su hovuzunda 24-27 yaşlarında olan kişi meyiti tapılıb.

ANV.AZ FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Abşeron Suvarma Sistemləri İdarəsinin ərazisində 1 nəfər su hovuzunda boğularaq batıb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Təxminən, 24-27 yaşlarında olan kişi meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 11:50-də başa çatıb.