“Johnson&Johnson”un pudraları xərçəng yaradır - Şirkət cərimələndi

Oxunma sayı: 12922 Avqust, 2017 21:30

“Johnson & Johnson” brendinə məxsus talk pudradan istifadə etdiyi üçün yumurtalıq xərçənginə tutulduğunu iddia edən ABŞ vətəndaşı Eva Eçeverria məhkəmədə şirkətə qalib gəlib. 

Anv.az Oxu.Az-a xəbər verir ki, Los-Anceles Ali Məhkəməsi üzləşdiyi zərərlərə qarşılıq olaraq 63 yaşındakı qadına 417 milyon dollar təzminat ödənilməsi yönündə qərar çıxarıb. 

Təzminatın 70 milyon dolları kompensasiya, 347 milyon dollarlıq hissəsi isə cinayət təzminatıdır.

Qaldırıılan iddiada “Johnson&Johnson” şirkətinin körpə pudrası da daxil olmaqla, bütün talk pudrası məhsullarında kanserogen risklə əlaqədar müştərilərini kifayət qədər məlumatlandırmadığı qeyd edilir. 

Bildirək ki, “Johnson&Johnson” haqqında 4 min 800 belə iddia var.

Kaliforniya əyalətində çıxan qərarın şirkətin imici üçün böyük məğlubiyyət olduğu irəli sürülür.

J&J məhkəmənin qərarından şikayət verəcəyini bəyan edib: Bu qərara etiraz edəcəyik. “Johnson'S” körpə pudrası məhsullarının təhlükəsizliyi elmi olaraq dəstəklənir”.