Lənkəranda "Azərişıq" ASC-yə məxsus avtomobili yandırdılar

Oxunma sayı: 14122 Avqust, 2017 17:40

Lənkəran rayonunda "Azərişıq" ASC-yə məxsus avtomobil yandırılıb.

Hadisə Liman şəhəri, H.Aslanov küçəsində baş verib. 

Məlumata görə, həmin küçədə elektrik naqillərinin şəbəkədən ayrılması üçün əraziyə göndərilən işçilərlə yerli sakinlər arasında mübahisə yaranıb. Mübahisə zamanı  bir qrup şəxs avtomaşının üzərinə alışdırıcı maddə tökərək yandırıb.

Nəticədə, Qasımov Nizam Mirzə oğlunun idarə etdiyi "Qazel" markalı, 18-AC-061 dövlət qeydiyyat nömrə nişanlı qaldırıcı kran avtomaşınının mühərrik hissəsi alışıb. Yanğın sakinlər tərəfindən söndürülüb

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub

///report